İcra vərəqəsi

məhkəmənin hökmünü və ya qərarını həyata keçirmək üçün sənəd.
İcra
İctimai
OBASTAN VİKİ
Seçki vərəqəsi
Seçki vərəqəsi və ya seçki bülleteni — gizli səsvermə ucun seçki sənədi. Onun formasını müvafiq dövlət orqanları müəyyən edir. SSRİ-də seçki bülletenində həmin secki dairəsində qeydə alınmış deputatlığa namizədin (xalq məhkəməsinə seckilər zamanı xalq hakimliyinə namizədin) soyadı, adı, atasının adı və onu irəli sürmüş təşkilatın adı göstərilir. Seçki kecirilən binalarda bülletenləri doldurmaq ücün xüsusi otaqlar, yaxud kabinələr ayrılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Smith, Sydney. Ballot . London: Longman, Orme, Brown, Green and Longmans. 1839.
Hüviyyət vərəqəsi
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az.-əski. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? ==
İcra başçısı
İcra başçısı — Azərbaycan Respublikasında yerli icra hakimiyyətinə rəhbərlik edən şəxs. Yerli İcra Hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam ilə təyin edir.
İcra hakimiyyətləri
== Şəhər icra hakimiyyətləri ==
İcra nümayəndəsi
İcra nümayəndəsi — Azərbaycan Respublikasında rayondan aşağı səviyyə yaşayış məntəqələrində icra hakimiyyətlərinin təmsilçisi. Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təyin olunur.
İcra proqramı
Çalışdırılabilən proqram, icra proqramı – yerinə yetirilməyə (çalışmağa) hazır olan kompüter proqramı. Bu termin, adətən, yaddaşa yüklənə və çalışdırıla bilən kompilyasiya olunmuş proqrama aid işlədilir; bunula belə, interpretasiya olunan proqramlaşdırma dillərində həmin termin müəyyən formatda olan ilkin kodu da bildirə bilər.
Azərbaycan icra başçıları
== Şəhər icra hakimiyyətləri ==
Elektromaqnit icra mexanizmləri
Elektromaqnit icra mexanizmləri elektrik mühərrikli icra mexanizmlərinə nisbətən kiçik güclüdürlər. Amma onlar konstruksiyalarının sadəliyi, idarəetmə sxemlərinin mürəkkəb olmaması, kiçik ölçülərə və kütləyə malik olması, ucuz olması və yüksək etibarlılığı ilə fərqlənirlər. Elektromaqnit solenoid icra mexanizmlərinin xarakterik (səciyyəvi) xüsusiyyəti ondan ibarətdir ki, onlar yalnız iki mövqeli idarəetmə sxemlərində, daha doğrusu tənzimləyici orqan ancaq iki son vəziyyət aldıqda ("açıqdır" yaxud "bağlıdır) tətbiq oluna bilər. Elektromaqnit intiqal həm sabit, həm də dəyişən cərəyanda işləmək xüsusiyyətinə malikdir. Sabit cərəyan elektyromaqnitləri yaxşı xarakteristikaları ilə fərqlənirlər. Eyni ölçülərdə sabit cərəyan elektromaqnitləri böyük dartı qüvvəsi yaradırlar, parametrlərin daha yüksək stabilliyinə malikdirlər, konstruksiyaları sadədir və ucuz başa gəlir. Qida mənbəyi kimi dəyişən cərəyan şəbəkəsindən, solenoid intiqal isə düzləndirici ilə qidalanır. Solenoid silindrik səthə sarınmış cərəyan axan naqildən ibarətdir. Solenoid – yunan sözü olub boruşəkilli, boruya oxşar deməkdir. Xarici maqnit sahəsinə görə solenoid düz sabit maqnitli sahəsinə oxşayır.
İcra Sərəncamı 12711
12711 saylı İcra Sərəncamı — Amerika prezidenti Corc HV Buş tərəfindən 11 aprel 1990-cı ildə tərtib edilmişdir. O 5 iyun 1989-cu il və 11 aprel 1990-cı il tarixləri arasında ABŞ-də olmuş Çin vətəndaşlarının və onların birbaşa himayəsində olan şəxslərin deportasiyasını təxirə saldı, 2 illik vətənində yaşamaq tələbindən imtina etdi və 1 yanvar 1994-cü ilə qədər onlara iş icazəsi verdi. O, 1989-cu ildə Tiananmen Meydanı etirazlarını yatırtmasına və həmin ilin 4 iyununda baş vermiş qırğına cavab olaraq Çin Xalq Respublikasına (ÇXR) qarşı beynəlxalq reaksiyanın bir hissəsi kimi verilib. 1992-ci ildə Çin Tələbə Mühafizəsi Qanunu qəbul edildikdən sonra bu, daimi hala gətirildi.
İcra Şurası (Rojava)
Federal İcra Şurası və ya sadəcə İcra Şurası (ərəb. المجلس التنفيذي للفيدرالية‎, kürd. Encûmena Rêvebir a Federaliyê, klass. süry. ܡܘܬܒܐ ܣܘܥܪܢܝܐ ܕܦܕܪܐܠܝܘܬܐ) — Şimali və Şərqi Suriya Muxtar İdarəsində Suriya Demokratik Şurasının Federal Məclisi tərəfindən hazırlanmış siyasətlərin həyata keçirilməsinə nəzarət edən birgə koordinasiya komitəsi. Nazirlər təyin edilir. 2014-cü ilin sonundan əvvəl ümumi seçkilərin keçirilməsi planlaşdırılırdı, lakin döyüşlər səbəbindən bu təxirə salınmışdır.
Kamal Cəfərov (icra başçısı)
Kamal Cəfərov (tam adı: Cəfərov Kamal Camal oğlu) — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun İcra hakimiyyətinin başçısı. == Siyasi fəaliyyəti == Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində işləmişdir. O, bu vəzifədən 1 iyun 2017-ci il tarixində azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləyir. O, bu vəzifəyə 1 iyun 2017-ci il tarixində təyin edilmişdir.
Musa Musayev (icra başçısı)
Musa Həzi oğlu Musayev (4 dekabr 1959, Nüvədi, Meğri rayonu) — Milli Məclisin deputatı (2000–2005), Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2006–2010). == Həyatı == Musa Musayev 1959-cu il dekabrın 4-də Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində ziyalı ailəsində anadan olmuşdur. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. 1983–1988-ci illərdə Kənd Təsərrüfat Nazirliyinin Elmi-Tədqiqat Yemçilik İnstitutunda elmi işçi, 1988–1994-cü illərdə Elmlər Akademiyasının Nəbatat İnstitutunun Radio-Biologiya bölməsində elmi işçi, 1994–1997-ci illərdə Bakı şəhəri Nəsimi rayonu Özəlləşdirmə İdarəsinin rəisi, 1997–2000-ci illərdə isə Nazirlər Kabineti yanında Dünya bankının Kənd Təsərrüfatının Kreditləşməsi layihəsində rəhbərin müavini vəzifələrində çalışmışdır. 2006-cı ildə Prezident Yaninda Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvü, 1992–1994-cü illərde YAP Nəsimi rayon təşkilatının sədri, 1994–1998-ci illərdə YAP Nəsimi rayon təşkilatının sədrin 1-ci müavini vəzifələrində çalışmışdır. 1999-cu ilin dekabr ayında YAP-ın 1-ci qurultayında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilmişdir. 2000-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2000–2005-ci illərdə NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2006–2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Mürşüd Məmmədov (icra başçısı)
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. == Həyatı == Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Məmməd Məmmədov (icra başçısı)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). == Həyatı == Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. == Fəaliyyəti == Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Məmməd Məmmədov (icra hakimi)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). == Həyatı == Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. == Fəaliyyəti == Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Nadir Abbasov (icra başçısı)
Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon, Salyan Rayon və Ağdam Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976). Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.
Nazim İbrahimov (icra başçısı)
Nazim Asabəli oğlu İbrahimov (1 sentyabr 1951, Nuxa) — Şəki Şəhər İcra Hakimiyyətinin başçısı (2004–2010-cu illər). == Həyatı == Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakültəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1973–1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1974–1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır. 1976–2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır. Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir.
Nazim İsmayılov (icra başçısı)
Nazim Mehdi oğlu İsmayılov (24 iyul 1952, Kürdşaban, Göyçay rayonu) — siyasətçi, Göyçay, Şamaxı, Sabirabad və Saatlı rayonlarının keçmiş İcra Hakimiyyətinin başçısı. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür. == Həyatı == Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.Ailəlidir, 3 övladı, 6 nəvəsi vardır. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb. 1977–1980-ci illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor 1980–1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri. 1981–1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri. 1989–1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi. 1990–1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini.
Nizami Məmmədov (icra başçısı)
Nizami Muradoğlu (tam adı: Məmmədov Nizami Murad oğlu; 2 aprel 1955, Ordubad rayonu – 24 oktyabr 2021, Bakı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra Hakimiyyətinin başçısı, AMEA Folklor İnstitutunun dosenti. == Həyatı == Məmmədov Nizami Murad oğlu 1955-ci il aprel ayının 2-də Naxçıvan MR-nın Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur. 1962–1972-ci illərdə Əylis kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. İnstitutu orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 1976–1977-ci illərdə hərbi xidmət keçmişdir. Ailəli, üç övlad sahibidir. 24 oktyabr 2021-ci ildə Bakı şəhərində koronovirus xəstəliyindən vəfat etmişdir. == Əmək fəaliyyəti == 1978–1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında, 1987–1994-cü illərdə təhsil sahəsində çalışmışdır. 1994-cü ilin may ayından 1996-cı ilin noyabr ayınadək Naxçıvan Muxtar Respublikası Ordubad rayonu icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
Nizami Ələkbərov (icra başçısı)
Nizami Həsən oğlu Ələkbərov ( ) — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı (2006–2013-cü illər). == Həyatı == Nizami Ələkbərov 2 iyun 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1959-cu ildə Naxçıvan MR Culfa şəhər orta məktəbinin I sinfinə gedib, yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar 1969-cu ildə Mingəçevir şəhər 3 saylı orta məktəbin X sinfini bitirib. 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1974-cü ildə həmin institutun Mühasibat uçotu ixtisası üzrə tam kursunu bitirərək mühasib-iqtisadçı ixtisası alıb. 1980-ci ildə Ümumittifaq Qiyabi Hüquq İnstitutuna daxil olub, 1984-cü ildə həmin institutu bitirərək hüquqşünas ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1973-cü ildə Şəki İpək İstehsalat Birliyində mühasib kimi başlayıb. 1976-cı ilin iyun ayından 1981-ci ilin aprel ayına kimi Şəki İpək İstehsalat Birliyində baş mühasib, 1981-ci ilin aprel ayından 1983-cü ilin yanvar ayına kimi isə Şəki rayon İcraiyyə Komitəsində plan komissiyasının sədri işləyib. Ailəlidir, 3 övladı var. Azərbaycan Respublilasının sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.
Rafiq Quliyev (icra başçısı)
Rafiq Çəpərxan oğlu Quliyev (17 yanvar 1974, Arevis, Sisian rayonu) — Xətai Rayonu İcra Hakimiyyətinin başçısı. == Həyatı == Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun Ərəfsə kəndində anadan olub. 1981-ci ildə Ərəfsə kənd orta məktəbində 1-ci sinifə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Birinci Qarabağ müharibəsi veteranıdır. 1993–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Rafiq Quliyev (icra hakimi)
Rafiq Çəpərxan oğlu Quliyev (17 yanvar 1974, Arevis, Sisian rayonu) — Xətai Rayonu İcra Hakimiyyətinin başçısı. == Həyatı == Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun Ərəfsə kəndində anadan olub. 1981-ci ildə Ərəfsə kənd orta məktəbində 1-ci sinifə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Birinci Qarabağ müharibəsi veteranıdır. 1993–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Ramiz Cəfərov (icra başçısı)
Ramiz Cəfərov (tam adı: Cəfərov Ramiz Əli oğlu; 19 may 1959, Qarabağlar, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin başçısı. == Həyatı == Ramiz Cəfərov 19 may 1959-cu ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olub. 1966–1976-cı illərdə Qarabağlar kənd orta məktəbində orta təhsil alıb. 1977–1979-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Naxçıvan Dövlət Universitetində Hüquq və Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrində təhsil almışdır. Müxtəlif idarə və təşkilatlarda çalışıb: Qarabağlar İstehlak Cəmiyyətinin sədri, Qıvraq İstehlak Cəmiyyətinin sədri, Şərur rayon "Kəngərli" Şəkər şirkətinin direktoru (1997–2002), 2 saylı Şərur Seçki Dairəsinin sədri (2003–2004), 24 may 2004-cü ildən 31 avqust 2015-ci ilədək Kəngərli rayon İcra Hakimiyyətinin başçısı kimi rəhbər vəzifələrdə işləyib. Hazırda Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında işləyir. Yeni Azərbaycan Partiyasının II, III, IV və V Qurultaylarının nümayəndəsi, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatı Siyasi Şurasının üzvü olub. Ailəlidir, 4 övladı var. === İcra başçısı === Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin ilk başçısı vəzifəsində işləmişdir.
Ramiz Həsənov (icra başçısı)
Ramiz Şamil oğlu Həsənov (7 aprel 1960, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == 1960-cı ilin aprel ayının 7-də Azərbaycanın Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1977–1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1988-ci ildə ali təhsilini başa vurmuşdur. === Ailəsi === Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun qardaşıdır. == Siyasi fəaliyyəti == 2001-ci ilin oktyabrında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini təyin olunmuş, 2011-ci ilin aprel ayınadək bu vəzifədə çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Tahir Məmmədov (icra başçısı)
Tahir Nadir oğlu Məmmədov (1977, Mollalar, Ağdam rayonu) — Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı. Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb. Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub. Bakı Dövlət Universitetinin doktorantıdır. == Fəaliyyəti == 1977-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olmuşdur. 1998-ci ildə Mingəçevir Politexnik İnstitutunu İqtisadçı ixtisası üzrə, 2011-ci ildə isə Bakı Dövlət Universitetini Hüquqşünas ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1999-cu ildə "Mingəçevir" Televiziya və Radio Şirkətində redaktor kimi başlamışdır. Sonralar "Uşaqların Xilası" (Save the children) Humanitar təşkilatında layihə işçisi, "Beynəlxalq Xilasetmə Komitəsi" (İRC) Humanitar təşkilatında media üzrə məsul şəxs, "Azbentonit" MMC-də texniki istehsalat şöbəsinin rəisi, "İctimai" Televiziya və Radio Yayımları Şirkətində baş direktorun köməkçisi və şirkətin İctimaiyyətlə əlaqələr və monitorinq departamentinin direktoru. Tahir Məmmədov Heydər Əliyev Fondunda şöbə müdiri, "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri, İctimai Televiziyada departament direktoru vəzifələrində çalışıb. Şamaxı şəhər icra hakimiyyəti başçısı təyin olunanadək, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir müşaviri, daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.

Значение слова в других словарях